Kamran Abdullazadə cəzalandı və komandasını cəriməyə saldı

12:57 - 24 Sentyabr 2013

I Divizion klubları da cəzadan yan keçə bilmədi
 
Nizam-İntizam komitəsi yeni qərarlarını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, 21 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun AZAL – “Xəzər Lənkəran” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur. Oyunun 70-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 42 №-li futbolçusu Kamran Abdullazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur. 
 
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun “Kəpəz” – “Neftçala” matçının 75-ci dəqiqəsində “Neftçala” klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
 
21 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun MOİK – “Mİl-Muğan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
 
22 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun “Karvan” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur.
 
22 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun “Lokomotiv” – “Ağsu” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur.
 
22 sentyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Caspian Tradinq” – “İnci” matçının 35-ci dəqiqəsində “İnci” klubunun 5 №-li futbolçusu Elşən Pirverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır.
 
20 sentyabr 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Seniors” – “Zirvə” matçının 35-ci dəqiqəsində “Seniors” klubunun 13 №-li futbolçusu Musa Musazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır. 

Xəbər xətti