"Biz futbolçular işimizə daha məsuliyyətlə yanaşmalıyıq"

23:15 - 7 Oktyabr 2013

Runi Moyesə dəstək oldu
 
“Mançester Yunayted”in hücumçusu Ueyn Runi mətbuata açıqlamasında Devid Moyes haqda danışıb.
 
Sportal.az xəbər verir ki, o, baş məşqçisinə dəstək olub: “Məlum məsələdir ki, Moyes hazırda təzyiq altındadır. Ancaq qeydə alınan nəticələrdə onun günahı yoxdur. Biz futbolçular işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Moyesə müəyyən vaxt lazımdır. Eyni zamanda, bizim onun oyun tərzinə adaptasiya olmağımız da zaman tələb edir. Bunu yoluna qoyduqdan sonra “Mançeester Yunayted” inamlı təsir bağışlayacaq”. 

Xəbər xətti