Uilşir:"Siqaret çəkməyi xoşlayan deyiləm"
Siqaret çəkərkən yaxalanan Cek Uilşir bu məsələyə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, o, belə halın təkrarlanmayacağını bildirib:
"Səhv etdim. Bütün futbolçular səhv edir, amma mən siqaret çəkən deyiləm. Arsen Vengerlə söhbətimiz oldu. O, nə baş verdiyini soruşdu, hər şeyi ona olduğu kimi söylədim və problemi həll etdik. Sonra isə məni "Vest Bromviç"lə matçda əsas heyətdə buraxdı və mənə elə gəlir ki, ümidlərini doğrultdum.
Bu hadisə bir daha təkrar olunmayacaq. Siqaret çəkməyi xoşlayan biri deyiləm, bu səbəbdən, o siqaretin sonuncu olduğunu düşünürəm"
saytlarin hazirlanmasi