Almaniyanın ulduz futbolçusu 4 həftə yaşıl meydanlardan kənar qalacaq

22:00 - 8 Sentyabr 2014

Yenə sol ayağından zədələndi

 

Son dünya çempionu Almaniya millisinin ulduz futbolçusu Marko Roysun durumu ilə bağlı vəziyyətə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Şotlandiya yığması ilə matçda zədələnən yarımmüdafiəçi 4 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Xatırladaq ki, məhz sol ayağındakı zədəyə görə Roys DÇ-2014-dən kənar qalmışdı.

 

Qeyd edək ki, onun zədələndiyi matç Almaniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb

Xəbər xətti