Həbsdə olan "Neftçi" azarkeşləri: Bir qardaş azadlığa çıxdı, o birisini buraxmadılar

11:30 - 15 Sentyabr 2014

3 azarkeş azad edildi

 

Avropa Liqasının "play-off" mərhələsinin "Partizan"la Bakıda baş tutan cavab oyunundan öncə rəqib komandaya qarşı xoşagəlməz hərəkətlərinə görə həbs olunan "Neftçi" azarkşləri artıq azadlıqdadı. 


Sportal.az xəbər verir ki, Cəmil Mustafazadə, Qədir Qədirov və Zamin Əliyev sərbəst buraxılıblar. Həbs olunanlardan yalnız Sübhan Əliyev hələ də nəzarət altındadı. Onun da yaxın günlərdə sərbəst buraxılacağı gözlənilir. Qeyd edək ki, azadlığa çıxan Zamin Əliyev və hal-hazırda həbsdə olan Sübhan Əliyev qardaşdılar. 

Xəbər xətti