Pul cəzası kəsildi
Lənkəran klubunun “Neftçi”yə məğlub olması klub rəhbərliyini sərt addımlar atmağa vadar edib. Bununla bağlı “Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu Sportal.az saytına açıqlama verib:
“Bildiyiniz kimi, belə qərara alınmışdı ki, komanda oyunlara Bakıda hazırlaşsın. Ancaq son uğrusuzluqdan sonra qərara alınıb ki, Oğuz Çətinin yetirmələri oyuna Lənkəranda hazırlşmalıdırlar, Komanda sabah Lənkərana yola düşəcək”.
Bundan başqa Hüseyn bəyin verdiyi məlumata görə futbolçulara pul cəzası da kəsiləcək:
“Neftçi” ilə oyundakı nəticəyə görə futbolçulara cərimələr də kəsiləcək”.
saytlarin hazirlanmasi