O, idman direktoru təyin olunub
«Xəzər Lənkəran»da ard-arda gələn uğursuz nəticələr rəhbərliyi qəti addımlar atmağa sövq edib. Düzdü, hələ Oğuz Çətinin istefasından söhbət getmir və bu məsələyə baxırlmır, bununla belə, aydındı ki, bu vəziyyət uzun sürməyəcək. Türkiyəli baş məşqçi ya nəticə baxımından dönüş etməlidi, ya da kreslosu ilə vidalaşmalıdı. Qarşısına çempionluq məqsədi qoymuş «ağ-yaşıllar» çempionatın ilk 5 həftəsində 3 məğlubiyyət alıb ki, əldə olunan 4 xalı heç bir halda məqbul sayıla bilməz.
«Böyük oyun»u uduzan cənub təmsilçisi Çətin yönətimində azarkeşlərinə növbəti zərbəni vurdu. Mustafa Dənizlini yıxıb yerinə keçən mütəxəssisin «Neftçi» qarşısında qorxaq futbol sərgiləməsi və yaxşılığa doğru ümid verməməsi yeni çıxış yolunu tapılmasını gündəmə bir daha oturtdu. Klub prezidenti Mais Mənsimovun «İnter»lə matçdan əvvəl keçirdiyi toplantı komandanı nisbətən yerindən tərpətdi. Komandanın içərisində və kənarında aparılan islahatlar futbolçuları silkələsə də, Çətin faydasızlığını gizlətməyi yalnız 5-6 gizlətməyə nail oldu.
Bu gün klubda yeni təyinat gerçəkləşib. İki il öncə baş məşqçi vəzifəsindən ayrılan Yunis Hüseynov ikinci dəfə «Xəzər Lənkəran»a qayıdıb. Sportinfo.az-a bu barədə məlumat kluba çox yaxın mənbədən verilib. Onun verdiyi məlumata görə, Hüseynov dünən rəsmilərlə görüşüb və idman direktoru vəzifəsini tutmağa razılıq verib. Yəqin ki, keçmiş postuna qayıtmaq üçün bu, «müvəqqəti dayanacaq»dı. Ondan əvvəl Nazim Süleymanovla görüşülmüşdü. XL-ın yaradıcılarından olan və iki dəfə komandanın sükanı arxasında dayanmış Nazim bəy idman direktorluğunu qəbul etməmişdi.
Mənbə:Sportinfo.az
saytlarin hazirlanmasi