"Qarabağ" qrupda "Neftçi"dən daha çox xal toplaya bilər"

18:20 - 17 Sentyabr 2014

Nazim Süleymanov: "İnanıram ki, onları məğlub etməyə belə gücümüz çatacaq"
 
"Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şansları barədə danışıb. Sportal.az Azerisport.az saytına istinadən xəbər verir ki, təcrübəli məşqçi açıqlamasında belə deyib:
 
"İstədiyimiz reallaşdı. "Qarabağ" Avropa Liqasında qrup mərhələsində yarışır. İstənilən halda bizə çətin rəqiblər düşəcəkdi. Son səbətdə olduğumuza görə bu belədi. Amma geriyə yol yoxdu. Ağdam təmsilçisinin uğuruna inanıram. Komandanın ilk matçda sona qədər mübarizə aparacağına ümid edirəm. Hazırda heyət yaxşı formadadı. Stadionda problem yoxdu. Bizim bir klubumuz Avroliqada mübarizəni davam etdirir, ona görə hamımız onlara dəstək olmalıyıq. Futbol komanda oyunudu. Sabah "Qarabağ" "Sent-Etyen"lə öz oyununu oynamalıdı. İnanıram ki, onları məğlub etməyə belə gücümüz çatacaq. Qrupdakı rəqiblər güclüdü. Fikrimcə, "Qarabağ" qrupda "Neftçi"dən daha çox xal toplaya bilər. Azarkeşləri stadiona dəvət edirəm. 12-ci oyunçu olaq, komandamıza dəstək olaq".

Xəbər xətti