"Bakı" futbolçuların borcunu ödədi

18:49 - 17 Sentyabr 2014

Futbolçular bir neçə ayın pulunu alıblar

 

"Bakı" rəhbərliyi futbolçularına olan borcun böyük hissəsini ödəyib. 

 

Sportal.az azerisport.az saytına istinadən xəbər verir ki,  Topaz Premyer Liqasının 5-ci turunun "Sumqayıt"la oyunu ərəfəsində komanda üzvləri bir neçə ayın pulunu alıblar.

 

Qeyd edək ki, həmin oyun ərəfəsində "Bakı"nın futbolçuları bir neçə məşqi buraxmışdılar. Onlar maaşlarını ala bilməmələrinə məhz bu yolla etirazlarını bildirmişdilər.

Xəbər xətti