Ağasəlim Mircavadov: "Özüm də "Qarabağ"ın oyununa bilet almışam"

15:04 - 18 Sentyabr 2014

Baş məşqçidən açıqlama

 

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. 

 

Sportal.az xəbər verir ki, baş məşqçi azerisport.az saytına açıqlamasında bunları söyləyib:

 

"Özüm də bu oyuna bilet almışam. Yaxşı oyun və qələbə gözləyirəm. "Qarabağ" öz oyununu bütün Avropaya göstərməlidi. Rəqibə sürətdə uduzmamaq vacibdi. Bizim oyunçularda təcrübə yetərincədi. Amma rəqibin cinah hücumları və standart vəziyyətlər zamanı diqqətli olmağımız vacibdi. İnanıram ki, komandamız bütün ölkəni sevindirə biləcək".

Xəbər xətti