"Biri paytaxtı təmsil edir, digəri başqa şəhəri"
Hazırda "Anji"də çıxış edən Taqir Musalov karyerasını ölkəmizdə davam etdirə bilər. Sportal.az xəbər verir ki, Sportinfo.az-a daxil olan məlumata görə, forvardla Azərbaycandan iki klub maraqlanır.
Bir vaxtlar Vəli Qasımovun vaxtında U-19 yığma komandamıza da dəvət alan Musalov hələ ki, qərarını verməyib. O, açıqlamasında Azərbaycandan ona iki klubun maraq göstərdiyini etiraf edib:
"Azərbaycanda oynamaq istəyirəm. Özümü başqa ölkədə sınasam daha yaxşı olardı. Mənə iki klub təklif göndərib. Amma hələ ki, onlara bir cavab verməmişəm. Düzdü, özümü Azərbaycanda sınamaq istəyirəm. Hər halda bir cavab verəcəm. Hansı klublardı? Biri paytaxtı təmsil edir, digəri başqa şəhəri".
saytlarin hazirlanmasi