Kristof Qaltye: "Bu oyundan sonra "Qarabağ" haqqında fikirlərimi müsbət yöndə dəyişdi"
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşan "Sent Etyen"in baş məşqçisi Kristof Qaltye oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, fransızların çalışdırıcısı komandasının oyunundan razı qldığını deyib:
"Əslində, komandamızdan çox razıyam. Futbolçularım ofsayd vəziyyətlərinə çox düşdü. Hücum futbolu oynadığımızı düşünürəm. Meydanın bütün yerlərində oynaya bilərdik. Hücumlarımızın kəsərli olmamsından narahat deyiləm. Oyun çox çətin idi. Ona görə də? müdafiəyə daha çox fikir verirdik.
Fransada "Qarabağ"ın oyunlarını izləmişdik. Bu oyunlara baxandan sonra "Qarabağ"a hörmətimiz artmışdı. Bu gün məğlub olmamaq bizim üün üstünlükdür.Bu oyundan sonra "Qarabağ" haqqında fikirlərimi müsbət yöndə daha da dəyişdi Qrupda "İnter" favorit olsa da, Qurban Qurbanovun taktiki sxemindən sonra əminliklə deyə bilərəm ki, "Qarabağ" qrupun favoritlərindən biridir.
İnanıram ki, Qarabağ Fransada hücum futbolu oynayacaq. Bizim hücum futbolu oynamadığımızı düşünmək, səhv olardı.
Növbəti oyunda daha güclü olacağımıza inanıram. Qarabağa qarşı belə oynamağımız normaldır. Çünki, komandanızın heyətində kifayət qədər milli futbolçular da var.Hər birinizə bizə qarşı qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Komandanıza isə "Bravo!" deyirəm. "
saytlarin hazirlanmasi