"Əgər belə davam etsək, 3 xal da gələcək"
Avropa Liqasının qrup mərhələsinin aşılış "Sent Etyen"lə qarşılaşmadan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı gikirlərini bildirib. Sportal.az xəbər verir ki, tanınmış mütəxəssis əsasn də komandasının müdafiə xəttindən razı qalıb:
"Hücumda oynasaq da, komandamızın müdafiəsindən daha çox razı qaldım. Oyunda qol çatışmadı. Rəqib də gözəl futbol nümayiş etdirdi. İstərdim ki, qol vurub azarkeşlərimizi sevindirək. Amma, avrokuboklarda ilk xalımızı qazandıq. Həm futbolçulara, həm də azarkeşlərimizə çox sağ ol deyirəm. Bu gün bir daha güclü millət olduğumuzu hiss etdim. Meydanda bayrağın dalğalanması ox xoş idi.
Rəqib əks hücümü daha çox mərkəzdən başladığı üçün, Reynaldo müdafiəyə də kömək edirdi. Hücumda olan tərəf daha çox bizim olduğumuzu düşünürəm. Əgər belə davam etsək, 3 xal da gələcək. Bir xal da yaxşıdır. Ən azından məğlub olmadıq. İlk düşündüyümüz məğlub olmamaq, sonra qələbə qazanmaq idi. Dəfələrlə demişəm ki, bizim komandalarımız və çempionatımız Avropanın orta səviyyəli çempionatları ilə bərabərdir. Bu kimi oyunlar bizdə əzm yaradır.
Müdafiə futbolu o demək deyil ki, 4 futbolçu müdafiədə oynasın. Bütün komanda müdafiəyə kömək edirdi. Rəşad Sadıqov zədədən sonra özünü tam hazırlaya bilməyib. Oyundan-oyuna optimal formasını yığacağını inanıram. Vüqar Nadirvun oyununda da razı qaldım. Meydana çox istəkli çıxdı. Əlindən gələni edirdi ki, nəticə əldə edək. Bəlkə də, oyunda daha çox nəticə gözləyirdik. Mövqeyini iki dəfə dəyişdim onun. Bu gün rəqibin müdafiəsi heç də zəif deyildi. Çumbinyonun zədəsi deyəsən ciddidir. Qarşıdakı oyunlarda oynayıb-oynamayaxağı sabah bilinəcək. Hər bir xal bizim üçün qazancdır".
saytlarin hazirlanmasi