İbrahim Sehiç: "Sent-Etyen"dən tam üstün oynadıq" MÜSAHİBƏ

15:10 - 19 Sentyabr 2014

"Bu cür oynasaq, daha yaxşı nəticələr qazana bilərik"

 

"Qarabağ"ın qapıçısı İbrahim Sehiç "Sent-Etyen"lə oyundan sonra Sportinfo.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Matç haqda hansı fikirdəsən?
- Çox yaxşı oynadıq. İlk dəqiqələrdən hücumda oynadıq və bunun da nəticəsini gördük. Qol epizodlarımız oldu. "Sent-Etyen"dən tam üstün oynadıq.


- Qələbə qazanmağınıza nə mane oldu?
- Qol epizodlarımız olsa da, dəqiq oynamadıq. Halbuki çox qol imkanlarımız var idi. Ən azından birindən istifadə etsək qələbə qazanardıq.
 

- "Sent-Etyen" ancaq müdafiə olunurdu. Bu cür oyun gözləyirdin onlardan?
- Səfərdə oynadıqlarından hardasa bunu gözləmək olardı. Biz çox hücum edirdik.

 

- Demək olar ki, "Qarabağ" bu cür oyunla qrupda yaxşı yerlərə ümid edəcək?
- İnşallah yaxşı olacaq. Bu cür oynasaq, daha yaxşı nəticələr qazana bilərik.

Xəbər xətti