"Qarabağ"da şok itki: "5 ay yaşıl meydanlardan uzaq qalacaq, bu isə o deməkdir ki...."

15:53 - 19 Sentyabr 2014

27 yaşlı futbolçu Avropa Liqasına erkən vəda etdi

 
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyonun zədəsinə aydınlıq gəlib
 
Sportal.az apasport.az saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Çumbinyo 5 ay komandasına kömək edə bilməyəcək.
 
Sambaçının xaçvari bağları sıradan çıxıb. Bu isə o deməkdir ki, 27 yaşlı futbolçu üçün Avroliqanın qrup mərhələsi və çempionatın ilk yarısı erkən başa çatıb. Çumbinyo ən yaxşı halda komandasına qış fasiləsindən sonra kömək etmək iqtidarında olacaq.
 
Qeyd edək ki, dünən “Sent-Etyen”lə matçda start heyətində çıxan Çumbinyo 2 dəfə meydançanı zədələndiyi üçün tərk edib. Birinci dəfə geri qayıda bilsə də, ikinci dəfə Mevlüt Ərdinçin onu zədələməsi hücumameyilli yarımmüdafiəçinin fasilədə Vüqar Nadirovla əvəzlənməsinə səbəb olub.

Xəbər xətti