İbrahim Uzunca: " Hər qoldan sonra oyundan bir az da soyuduq"

22:36 - 19 Sentyabr 2014

Baş məşqçi məğlubiyyətə belə şərh verdi

 

Premyer Liqadnın VI turunda “İnter”ə 0-7 hesabı ilə  biyabırçı şəkildə məğlub olan  “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi oyun haqqında bunları söyləyib:

 

“İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədir. Hər qoldan sonra oyundan bir az da soyuduq. Mən bu gün futbolçularımı tanıya bilmədim. Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq”.

Xəbər xətti