"Neftçi"də baş məşqçi dəyişəndən sonra..."

00:30 - 20 Sentyabr 2014

Ruslan Əmircanov: "Rəqibi bir daha dərindən təhlil edəcəyik"
 
Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qəbələ” döma meydanda “Neftçi”nu qəbul edəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ”nin müdafiəçisi Ruslan Əmircanov paytaxt klubu ilə qarşılaşacağı görüş haqda fikirlərini açıqlayıb:
 
“Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladı. Oyuna yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdü, “Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik. Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm. Amma yeni oyunçuları olduğundan belə təhlil zəruridi. “Neftçi” güclü komandadır. Baş məşqçi dəyişikliyindən sonra “Xəzər Lənkəran” kimi komandaya qalib gəlib.
 
Biz də son oyunu qələbə ilə başa vurmuşuq. Bu da ab-havaya müsbət təsir edir. Ancaq geridə qalan oyunu unudub, qarşıdakına köklənmişik. Hamımız bu oyunun ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq və növbəti qələbəmizlə azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Xəbər xətti