Mişel Platini: “AÇ-2020-nin oyunları niyə Azərbaycanda keçirilməməlidi?”

01:00 - 20 Sentyabr 2014

"Azərbaycan Avropanın, UEFA-nın bir hissəsidi"
 
UEFA prezidenti Mişel Platini Azərbaycanın paytaxtı Bakı şəhərinin AÇ-2020-nin 4 oyununa ev sahibliyi qazanması münasibəti ilə fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri buna belə münasibət bildirib:
 
"Azərbaycan Avropanın, UEFA-nın bir hissəsidi. Başa düşmürəm, onlar niyə Avropa çempionatının oyunlarını qəbul etməməlidi ki? 1/4 final mərhələsinin 2 oyununun Bakı və Sankt-Peterburqda, qalan iki qarşılaşmanın Roma və Münhendə keçirilməsinə sevindim. Bu, məhz bizim istəyimizə uyğun oldu. Çünki qitə çempionatı Avropa üçündü".

Xəbər xətti