“Bundan sonra arxayınlaşmaq olmaz”
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Fransa "Sent-Etyen"i ilə görüşü barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəsis Ağdam klubunun istəkli və baxımlı oyun nüyiş etdirdiyini deyib:
"İlk olaraq komandamıza təşəkkür edirəm. Yaxşı oynadılar, sonadək mübarizə apararaq hamımıza baxımlı oyun göstərdilər. Çatışmayan yalnız "Qarabağ"ın qolu idi. Bu oyunda komandamız qələbəyə layiq idi. “Qarabağ” 3 xal uğrunda mübarizə apardı. Ancaq qazanılan 1 xaldan sonra arxayınlaşmaq olmaz. Onu nəzər almalıyıq ki, fransızların bir neçə oyunçusu Bakıya gəlməmişdi. Səfərdəki oyun daha çətin olacaq. Artıq "İnter"lə matç haqda düşünmək mümkündü. Bu mənada qrup mərhələsinin qalan 5 görüşündə komandamıza dəstək olmalıyıq".
saytlarin hazirlanmasi