Antonio Konte: "Bu o demək deyil ki, Balotelli ilə Çerçi növbəti oyunda millidə yer almayacaq"
İtaliya millisinin aparıcı üzvləri Mario Balotelli və Alessio Çerçini oktyabrın 10-da AVRO-2016-nın seçmə qrup mərhələsində yığma komandamıza qarşı oyunda forma geyinə bilər.
Sportal.az xəbər verir ki, İtaliya millisinin baş məşqçisi Antonio Konte də hər iki futbolçunun qarşıdakı oyunlarda milliyə dəvət olunacağını gizlətməyib:
“Hər bir futbolçu mənim iş metodumu yaxşı bilir. Avropa çempionatının seçmə oyunları başlayanda Balotelli ilə Çerçi formada deyildi. Ona görə də onları yığmaya dəvət etmədim. İndiki halda komandaya hazır oyunçuları cəlb edirəm. Ancaq bu o demək deyil ki, Balotelli ilə Çerçi növbəti oyunda millidə yer almayacaq. Mənim komandam taktiki cəhətdən yaxşı oynamalıdır. Əgər hər hansı futbolçu məqşdə tapşırığı yerin yetirməyib öz bildiyini edərsə, onda onunla yollarımı ayıraram. İlk növbədə mənim üçün futbolçunun peşəkarlığı önəmlidir. Əgər bu xüsusiyyət futbolçuda yoxdursa, onunla işləməyə dəyməz”.
Qeyd edək ki, baş məşqçi Antonio Konte Hollandiya ilə yoldaşlıq matçında ardından da AVRO-2016-nın seçmə mərrhələsində Norveç yığması ilə qarşılaşmada hər iki futbolçunun xidmətindən yararlanmadı.
saytlarin hazirlanmasi