"Qolun buraxılması planlarımızı pozdu"
Azərbaycan Premyer Liqasında VI turunda səfərdə “Xəzər Lənkəran”a 0-2 hesabı ilə uduzan “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev oyun barədə düşüncələrini bölüşüb.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyətə belə şərh verib:
“Futbolçularımız döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budur. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdırlar.”
saytlarin hazirlanmasi