Ona Bakı klubları maraq göstərib
Eddi İsrafilov özünə yeni klub tapıb. Anası azərbaycanlı, atası toqolu oyunrçu La Liqada özünü göstərmək imkaı əldə edib. "Real Mursiya"ya məxsus yarımmüdafiəçi "Qranada"da icarə əsasında forma geyinir. Çıxışı uğurlu alınsa, onunla mövsümün sonunda 5 illik müqavilə imzalanacaq. Tərəflər bu barədə müqaviləyə xüsusi bənd salıblar. Ötən yay fasiləsi zamanı "Almeriya" Eddini sıralarına qatmağa çalışırdı. "Las Palmas", "Real Saraqosa" da iddialıydı. "Qranada" İradə adlı bakılı qadının yeganə oğluna görə böyük xərcə düşməyib. 10 aylıq icarənin haqqı 300 min avrodu. Mursiyalılar bu keçiddən cəmi 200 min avro qazanıb. Aşağı dəstə təmsilçisinin ümidi onadı ki, gələn yay Eddini birdəfəlik satacaq və indikindən qat-qat artıq pul əldə edəcək.
Sportinfo.az-ın əldə etdiyi məlumata görə, onun "Qranada"ya keçməzdən əvvəl Azərbaycan və Türkiyə klublarından birinin formasını geinmək şansı yaranıb. Bu barədə Eddi ilə yaxınlığı olan menecer sportinfo.az-a məlumat verib. Belə ki, o, şəxsi agenti ilə danışaraq, futbolçuya Bakı klublarının maraq göstərdiyini deyib. Həmçinin Superliqanın ortabab iştirakçılarının bu transferlə yaxından ilgiləndirdiyini bildirib. Səbəbkarın özüylə danışan agent Eddinin yaxın illərdə İspaniyadan kənara çıxmaq istəmədiyini çatdırıb.
AFFA Eddiyə Azərbaycan yığmasında yoxlanış üçün ötən il mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət göndərmişdi. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmişdi. O, bununla əlaqədar yığmamızın Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi. Daha sonra AFFA İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirsə də, onlar İspaniya millisinə dəvət almaq ehtimalının olduğunu əsas gətirmişdilər. Federasiya iddia eləmişdi ki, guya Eddi 500 min avro istəyib, onlar isə şərtlə razılaşmayıblar.
Federasiyanın yalanını “Sport Favorit“ üzə çıxarıb. O, qəzetə eksklüziv açıqlamasında ittiahmları qəbul etməyib və federasiyadan heç kimlə görüşmədiyini bildirib: “Bu xəbəri sizdən eşidirəm. Yalandı. Şəxsən mən Azərbaycandan heç kimlə görüşməmişəm və yığmanızda oynamaq üçün pul tələb etməmişəm. Bir daha təkrar edirəm. mən Almeriyada anadan olmuşam, ispanam. Əgər çağırsalar, gələcəkdə belə bir şansım olsa, özümə doğma bildiyim İspaniya millisində oynayacam. Azərbaycan Futbol Federasiyasına mənə etdikləri təklifə görə minnətdarlığımı bildirirəm. Amma mən hər şeyi zamanın axarına buraxıram. Diqqətinizə görə çox sağ olun. Xahiş edirəm, bir də bu məsələyə qayıtmayaq. Çünki bu barədə çox danışmaq istəmirəm”.
saytlarin hazirlanmasi