"Jurnalistika fakültəsində oxumayanlar jurnalist kimi çalışıblar"
Tanınmış şərhçi Doktor Ziyan goal.az saytına müsahibə verib. Həmin müsahibəni sportal.az-da təqdim edirik
- Doktor Ziya, hamı sizi şərhçi kimi tanıyır. İstərdik ki, oxucularımıza özünüz haqqında məlumat verəsiniz?
- Düzdür, müəyyən mənada tamaşaçılar məni futbol şərhçisi kimi tanıyırlar. Artıq insanlar məni başqa radio layihələrimlədə tanımağa başlayıblar. Həmin layihələrimdə ictimai məsələləri müzakirə edirik. Futbol bağlı isə aparıcısı olduğum «Overtime» verilişində danışılır. 1995-ci ildən etibarən jurnalistika sahəsindəyəm. Həmin dövrdən başlayaraq radio və televiziya layihələrində işləyirəm. Hər zaman çalışmışam ki, çox şaxəli işlərlə məşğul olum. Hazırda digər işlərimlə bərabər Bakıda keçiriləcək I Avropa Oyunlarının «Elçilər»ilə müsahiblələr hazırlıyırıq.
- Niyə məhz Doktor Ziya?
Hamı elə bilir ki, bu tamamilə tibb təhsilimlə bağlıdır. Amma bu belə deyil. Əvvəllər «Capital FM»də Doktor Foxun apardığı proqramı tez-tez dinləyirdim. Onun tərzi, musiqi seçimi mənim çox xoşuma gəlirdi. Ətrafımda olan insanlar bunu görüb məni Doktor Ziya adlandırdılar. Müəyyən mənada buda normal bir haldır.
- Uşaq vaxtlarında şərhçilik sənətinə həvəsiniz olubmu?
- Əvvəlllər «Sovetski sport» adlanan qəzet var idi. Uşaq vaxtlarımda həmin qəzeti əlimə alıb güzgünün qabağına keçirdim və başlayırdım danışmağa. Sanki elə bilirdim ki, idman verilişləri aparıram. Bu cür düşünəcələr yəqinki məndə şüuraltı qaldı. Daha sonralar radioda işləyəndə futbolla bağlı müzakirələr aparırdıq. ANS televiziyası «Çempionlar Liqası»nın yayım hüququnu aldıqdan sonra şərhçiliklə bağlı bir sınaq həyata keçirdi. Şərhçilik edənləri müəyyən etmək üçün iki qrup yarandı. Bir qrup televiziyadan, bir qrup isə radiodan seçildi. Lakin sonradan bu iki qrup bir-birilə qarışdı və beləliklə şərhçilik etməyə başladım.
- Bizdə jurnalistika təhsili olmayan müəyyən qədər yazar var. Sizin də bu sahə üzrə təhsiliniz yoxdur. Necə düşünürsünüz, jurnalist olmaq üçün mütləq jurnalistika təhsili almaq vacibdir, yoxsa xüsusi istedada malik olmalısan?
- Düşünürəm ki, yeni dövrdə jurnalistika peşə adlandırılmamalıdır. Çünki sosial şəbəkələr və bloqlar var. Artıq vətəndaşlar jurnalistika ilə məşğul olmağa başlayıb. Hər kəs jurnalist ola bilər. 20 il öncəyə baxanda indiki vəziyyətin işartılarını görürdüm. Jurnalistika fakültəsində oxumayanlar jurnalist kimi çalışıblar. Əvvəllər bu daha çox dünyagörüşünə əsaslanan məsələ idi ki, bu adam çox bilir, çox görüb. Deməli, bir çox məsələyə obyektiv baxa bilər. Jurnalistika fakültəsində oxuyanların böyük bir qismi isə o fakültədə təsadüfən oxuyur. Onların içərisində çox az adam jurnalist kimi fəaliyyət göstərir. Jurnalistikada oxumasam da mən bunu həyata keçirtdim. 1995-ci ildən etibarən artıq 20 ildir ki, jurnalistikadayam. İnsanlarla ünsiyyət problemi olanlar jurnalistikada çox böyük çətinlik çəkəcək. Ola bilər bu məsələdə çətinlik çəkdikləri üçün onlarda alınmır. Jurnalistin informasiya mənbəyi insanlardır.
- İdman jurnalistikasında vəziyyət sizi qane edirmi?
Mən dəfələrlə demişəm ki, həmkarlarımı tənqid etməyəcəm. Düzdür müəyyən qədər çatışmazlıqlar var. Amma onu deyə bilərəm ki, inkişaf gedir.
-Sizin üçün radio, yoxsa televiziya?
- Hər iki sahənin özünəməxsus çətinliyi var. Radionun ən böyük çətinliyi səsdir və sənin fikrindir. Bundan başqa raidoda əsas odur ki, efirə zəng vuran insanın nəbzini tuta biləsən ki, o, nə istəyir. Tutmadınsa o dinləyiciylə tez bir zamanda sağollaşmaq daha məqsədəuyğundur. İlk illər mən də hər bir radio aparıcı kimi çətinlik çəkirdim, ancaq bir az ixtisasım, bir az da efir təcrübəm kömək oldu. İndi daha rahatdır. Televiziyada isə əsas görüntüdür. Görüntü müəyyən qədər sənin qüsurlarını gizlədə bilir. Bu televiziyanın müsbət tərəfləridir. Radionun müsbət tərəfi ondadır ki, hər şey sənin əlinin altındadır. Xarici ölkələrdə səs rejisorları ayrıca olur. Azərbaycanda isə əsasən hər şeyi özün tənzimləyirsən. Televiziyanın çətin tərəfi ondan ibarətdir ki, bütün bunlar səndən asılı deyil. Sən yalnız aparıcı funksiyasını daşıyırsan. Adətən mən efirdə olanda özümü radiodakı kimi hiss edirəm. Elə düşünürəm ki, hər şeyi özüm tənzimləyirəm və başlayıram söhbətləşməyə.
- Şərhçi deyiləndə ilk olaraq insanın ağlına nə gəlir?
- Şərhçi gördüyünü izah edəndir. Məsələn futbol şərhçisi oyuna baxır və onu tamaçılara daha dolğun çatdırır. Oyunuda tamaçılara elə çatdırmalısanki izləyici həmin oyundan zövq alsın.
- Ölkə futbolu ilə maraqlanırsız?
- Çalışıram. Baxıram, nə qədər azarkeş gəlir, oyunlarımıza, maraq hansı səviyyədədi. Azarkeş çox olanda, maraq da artır. Digər tərəfdən də oyunların başlama vaxtları mənim işimlə üst-üstə düşür. Bu da mənim oyunları izləməyimə maneçilik törədir. Avropada isə belə deyil. Oyunlar axşam saatlarında başlayır və mən rahat şəkildə onlara baxa bilirəm. Buna baxmayaraq, çalışıram məlumatım olsun.
Ölkə kanalarından futbolu izləyirsiniz?
Çalışıram hardasa izləyim. Bilirsiz mənim üçün əsas olan keyfiyyətdir. Bizim kanallarda yayım keyfiyyəti məni qane etmir. Müəyyən ölçülər var ki, onda baxanda mənə daha maraqlı gəlir.
- Populyar olmağınızda radionun, yoxsa televiziyanın rolu çox oldu?
- Mənim radio və televiziya sahəsində ayrı-ayrı auditoriyalarım var. Radioda populyar olmağım daha çox musiqili verilişlərlə bağlı olub. Televiziyada isə tanınmağımda 1999-cu ildə ANS-də yayımlanan futbol üzrə "Çempionlar Liqası” səbəb oldu. "Çempionlar Liqası”nı şərh etmək üçün radiodan iki nəfəri - məni və Rahib Azərini dəvət etdilər. Və biz də oyunları şərh etməyə başladıq. Futbolsevərlər arasında məşhurlaşdım. Amma futbol şərhçiliyindən öncə televiziyada müxtəlif layihələrin - intellektual oyunların və səhər proqramının aparıcısı olmuşam.
Sizi emosianal şərhçi saymaq olar?
- Bəli. Adətən mən oyunları şərh edən oyunu yaşayıram. Hər zaman tələb etmişəm ki, mən şərh edən müəyyən imkanlar yaradılsın.
- "Çempionlar Liqası”nın oyunlarını özünüzəməxsus şərh edirdiz. Lakin bu müəyyən insanlar tərəfindən birmənalı qarşılanmadı?
- Şərhçiliyimizi yeniliklərə müsbət yanaşan insanlar müsbət qarşıladı, bəzi insanlar bu məsələyə çox sərt yanaşdılar.Çünki onlar üçün müəyyən standartlar var ki, o standartlara alışmışdılar. Ancaq dövr dəyişir. Futbolu sovet dövründə olduğu kimi şərh edə bilmərik. Nəsillər dəyişirsə zövq də dəyişir. Bu riskdir, amma mütləq həyata keçirilməli riskdir. Öz prizmamdan deyə bilərəm ki, mən çalışıram ki, maraqlı olum və tamaşaçılara tribunaların ab-havasını çatdırım. Bu iki əsas məqam olmalıdır. İndi nə dərəcədə alınır, bu daha çox tamaşaçıdan asılıdır. Amma mən düşünürəm ki, ən azı maraqlı olmaq və tamaşaçıya stadion havasını çatdırmaq lazımdır.
- İdman şərhçiləri ilə bağlı tənqidlər olur. Bu tənqidlər şərhçilərin savadsızlığından irəli gəlir?
- Televiziyada çalışan əksər insanlarda televiziyada işləmələrinə baxmayaraq müəyyən dərəcədə efir "utancaqlığı” yaranır. Onlar ya çəkinirlər, ya da özlərini toparlamağa çalışırlar. Şərhçi özünü çərçivəyə salanda onun fikirləri dağılmağa başlayır, bəzi məqamları itirir. Düşünürəm ki, bu birbaşa dünyagörüşü ilə bağlı olan məsələdir. İnsanların dünyagörüşü nə qədər geniş olsa onlar bir o qədər çox məsələ haqda danışa bilər. Amma istənilən halda bu məsələlər şərh etdiyin matça aid olmalıdır və yaxud da ən azı həmin o matça dolayı yolla aidiyyəti olan məqamları əks etdirməlidir, amma maraqlı olmalıdır. Oyunların şərhi zamanı oyuna aid olmayan məqamlardan danışılmasını yolverilməz hesab edirəm.
- Yaddaqalan hansı səhvləriniz olub?
- Bir də görürəm ki, dinləyicilərim, pərəstişkarım sosial şəbəkələrdə yazırlar ki, filan vaxtı bu ifadəni demisən, filan ifadə unudulmaz olaraq qalır, filan ifadəyə doyunca gülmüşəm. Mənə çox xoşdur ki, illər öncə söylədiyim fikirləri, etdiyim səhvləri xatırladırlar. Amma əksər səhvlərim, çıxışlarım yadımda qalmır.
- ANS-dən sonra şərhçiliyə ara vermişdiniz. Daha sonralar AzTV-də çalışdınız?
- "Çempionlar Liqası”nın o zaman hüquqları ANS televiziyasından başqa kanala keçəndə sözün açığı gözləyirdim ki, dəvət edəcəklər. Gözlədiyim olmadı, yəni heç bir təklif almadım. Sonradan "Çempionlar Liqası”nın yayım hüququ AzTV-yə məxsus oldu. AzTV-dən təklif gəldi, qəbul etdim. Onlar dəyişiklik etmək istədilər. Bu da mənim istəyimlə üst-üstə düşdü. Bu baxımdan heç bir çətinlik çəkmədim.
Bizim şərhçilərdən kimi bəyənirsiz?
Bəli bizim şərhçilərimiz var. Amma onlar öz üzərilərində daima çalışmalıdırlar. Hazırda İsmayıl Abdullayevin şərhi mənim xoşuma gəlir. Hardasa onu çılğın şərhçi saymaq olar.
- Siz tənqidi qəbul edirsiz?
- Müntəzəm olaraq tənqid olunmuşam, hətta bu günə qədər də tənqid olunuram. Tənqid yaxşıdır, kənardan səhvləri göstərirlər. Tənqidin böyük hissəsi doğru olur.
Hər bir şərhçini bir-birindən fərqləndirən cəhətlər var. Bəs sən digər həmkarlarından nə ilə fərqlənirsən?
Adən tənqid edənlərdən eşitmişəm ki, futboldan başqa hər şey danışır. Belə ifadə çox populyardır. Bəzən mən bunun səbəbin araşdırıram. Harda səhv etmişəmsə, çalışıram ki, o səhvlərimi düzəldim. Həmişə çalışmışamkı yeni bir nəfəs gətirim. Dəyişiklikləri çox sevirəm.
- Hansı komandalara azarkeşlik edirsiniz?
Düzünü deyim mən bu məsələdə bir az neytralam. Çünki mən konkret ad çəksəm sabah deyəcəklər ki, mən filan komandaya azarkeşlik edirəm. Amma diqqətimi çəkən komandaların oyunları var. Məsələn bu həftə «Monako»nun oyunu mənim diqqətimi çəkdi. Maraqlı oyunlar olanda yaxından izləyirəm.
- Hansı komandaların oyununu həvəslə gözləyirsiz?
«Real» və «Barselona» komandalarının oyununu izləyirəm. Lakin bir mövsümdə bir neçə dəfə bu komandalar qarşılaşanda artıq bunun marağı olmur.
Digər ölkələrin çempionatlarından hansını izləyirsiz?
İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İtaliya A seriyası mənim diqqətimi çəkir. İspaniyada isə üç komanda var ki, yalnız bunlar çempionluq uğrunda mübarizə aparır.
Futboldan başqa hansı idman növü ilə maraqlanmısız?
7 il basketbola məşğul olmuşam. Bu idman növünə maraq çox yüksək olub. Hətta arzulayırdım ki, xarici ölkələrdən məni komandalara cəlb etsinlər. İstəyirdim ki, bu idman növü üzrə peşəkarcasına məşğul olum.
Milli komandamızın hazırkı durumu sizi qane edir?
Bildiyimiz kimi, komandaya yeni baş məşqçi təyin olunub. İnanırıq ki, komandamız növbəti illərdə uğur qazanacaq. Məsələn son oyun mənim diqqətimi çəkdi. Ən azından birinci hissədə futbolçularımız fərqləndilər. Amma əvvəllər buna nail olmaq çətin idi.
Sizcə mili komandamızın çıxışını futbolçuların bəzən özündən razılığı, gəlirlərinin çox olması ilə əlaqələndirmək olar?
- Məhdudiyyətlər müəyyən qədər olmalıdır. Çünki məhdudiyyətlər olsa, müəyyən hallarda uğur qazanmaq olar.
- Bildiyimizə görə, proqnozlar verirsən. Heç olubmuki verdiyiniz proqnozlar sizi yanıltsın?
Bəli. Elə olurki proqnoz verirsən düz gəlmir. Bu normal haldır.
Mərc oyunlarında proqnoz verirsən? Əgər kupon yazmısansa ən böyük uduşun nə qədər olub?
Xeyr. Mərc oyunlarında heç vaxt proqnoz verməmişəm. Dostlar arasında müəyyən mənada oyunla bağlı anlaşmalar olur. Amma bunu mərc oyunu adlandırmazdım.
- Şərh zamanı maraqlı anlar olub?
- Bəli. «Çelsi» «Barselona» oyununda maraqlı an olmuşdu. Giriş sözü məndə idi. Demək girişdə mən komandalar haqqında bütün məlumatları dedim. Mənimlə birlikdə şərh edən İlqar Mikayıloğlu dedi mən studiyanı tərk edirəm. Sən hər şeyi dedin. Bu bizdə gülüş doğurdu və oyunu daha effektiv şərh etməyimizə stimul verdi.
Xarici ölkələrin şərhçilərindən kimi bəyənirsiz?
Andronovun şərhi mənim diqqətimi çəkir. Güntəkin Onayın təhliləri çox gözəl olur.
- Müsahibəyə görə çox sağ olun…
- Məndə goal.az saytına öz minnətdarlığımı bildirirəm.
saytlarin hazirlanmasi