"Arsenal"ın baş məşqçisi Arsen Venger "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Fergüsssonun rekordunu təkrarlayıb.
Sportal.az xəbər verir ki fransalı mütəxəssis İngiltərə Premyer Liqasında oyunlarının sayına görə A.Fergüssona çatıb. Ölkə çempionatının 20-ci turunda "Kristal Pelas"a qarşı matç fransız mütəxəssisin baş məşqçi qismində Premyer Liqada 810-cu görüşü olub.
68 yaşlı çalışdırıcı bu oyunlarda 468 dəfə qələbə qazanıb.
Qeyd edək ki, Venger "Arsenal"da ilk oyununa 1996-cı ilin oktyabrında çıxıb. Ferqüsson isə "Mançester Yunayted"ə 1992-ci ilin avqustundan 2013-cü ilin mayına kimi rəhbərlik edib.
saytlarin hazirlanmasi