"Barselona"nın sabiq futbolçusu Xavi Ernandes sabiq baş məşçqçisi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti" haqda xoş sözlər səsləndirib.
Sportal.az xəbər verir ki, Xavi Qvardiolanın "Barselona"nın kodlarını "Mançester Siti"yə yüklədiyini və Kevin de Bruynenin Lionel Messi rolunda oynadığını deyib:
"Qvardiola Premyer Liqada möhtəşəm işlərə imza atır. "Mançester Siti" komanda oyunu nümayiş etdirir. Ancaq meydanda xüsusi işlər görməyi bacaran futbolçu da lazımdır. "Barselona"da Lionel Messi var idi. "Mançester Siti"də isə bu rolu Kevin de Bruyne oynayır. Bruyne topla olanda xüsusi bir şey edəcəyini hiss etdirir".
Qeyd edık ki, 46 yaşlı Qvardiola 2008/12-ci illərdə "Barselona"da çalışıb.
saytlarin hazirlanmasi