"Arsenal"ın baş məşqçisi Arsen Venger Premyer Liqada rekorda imza atıb.
Sportal.az xəbər verir ki fransalı mütəxəssis İngiltərə Premyer Liqasında oyunlarının sayına görə Ser Aleks Ferqyussonu keçib. Ölkə çempionatının 21-ci turunda "Vest Bromviç"ə qarşı matç (1:1) təcrübəli mütəxəssisin baş məşqçi qismində Premyer Liqada 811-ci görüşü olub.
68 yaşlı çalışdırıcı bu oyunlarda 468 dəfə qələbə qazanıb.
Qeyd edək ki, Venger "Arsenal"da ilk oyununa 1996-cı ilin oktyabrında çıxıb. Ferqyusson isə "Mançester Yunayted"ə 1992-ci ilin avqustundan 2013-cü ilin mayına kimi rəhbərlik edib.
saytlarin hazirlanmasi