Qvardiola açıqladı: "Mançester Siti"də ciddi itki

12:12 - 1 Yanvar 2018

İngiltərə Premyer Liqasının 21-ci turunda “Kristal Pelas”la səfər matçında (0:0) “Mançester Siti” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “şəhərlilər”in heyətində Qabriel Jezus matçın ilk dəqiqələrdə zədələnib. O, görüşü yarımçıq dayandırıb və 2017-ci ilin son qarşılaşmasını göz yaşları içində tərk edib. Oyunun 23-cü dəqiqəsində Serxio Aquero braziliyalını əvəzləyib. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola qarşılaşmadan sonra 20 yaşlı forvardın durumunun ciddi olduğunu və 1-2 ay yaşıl meydanlardan kənar qalacağını deyib.

 

Qeyd edək ki, Braziliya millisinin üzvü 2017-ci ildən "Mançester Siti"də oynayır.

Xəbər xətti