“Mançester Yunayted”in yarımmüdafiəçisi Eşli Yanq cəzalandırılıb.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Futbolçu İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsidə baş tutmuş “Sautqempton”la matçdakı kobud oyuna görə yerli federasiya tərəfindən 3 oyunluq cəza alıb. Matçın baş hakimi oyun zamanı Yanqın kobudluğunu nəzərdən qaçırsa da, intizam komitəsi futbolçunun kobudluğunu cəzasız qoymayıb.
32 yaşlı yarımmüdafiəçi “Everton” və “Stok Siti” ilə çempionat, “Derbi Kaunti”yə qarşı kubok oyununu buraxmalı olacaq.
saytlarin hazirlanmasi