"Liverpul"un uzun müddətdir ki, zədə səbəbindən yaşıl meydanlardan kənar qaldığı müdafiəçisi Con Flanaqanın başı dərddədir.
Sportal.az xəbər verir ki, ingilis futbolçu 18 ay birgə olduğu sevgilisi Raşel Uolla fiziki güc tətbiq etməkdə günahkar bildirilərək məhkəmə qarşısına çıxarılıb. 25 yaşlı müdafiəçi məhkəmədə günahını etiraf edib və xanımı döydüyünü bildirib.
Flanaqanın məhkəməsi irəliləyən günlərdə davam edəcək. Onu ciddi cəzanın gözlədiyi bildirilir.
Qeyd edək ki, Con Flanaqan "Liverpul"un yetirməsidir və 2010-cu ildən "qırmızılar"ın əsas komandasında çıxış edir. O, 1 dəfə İngiltərə millisində forma geyinib.
saytlarin hazirlanmasi