"Liverpul" Əmrə Canla bağlı qərar verdi

17:29 - 6 Yanvar 2018

"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatacaq Əmrə Canla bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, "Yuventus"un hədəfində olan 23 yaşlı yarımmüdafiəçi "qırmızılar"dan qış transfer pəncərəsində ayrılmayacaq. Bu barədə "Bild" nəşri məlumat yayıb. Əmrə Can mövsümün sonunda azad agent statusuna yiyələnəcək və "Yuventus"a pulsuz transfer ola bilər.

 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildə "Bayer"dən (Leverkuzen) "Liverpul"a 12 milyon avroya transfer olmuşdu.

Xəbər xətti