Premyer Liqa klubunda baş məşqçi istefası

11:33 - 8 Yanvar 2018

İngiltərə Premyer Liqasında mövsümün növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Stok Siti" çalışdırıcısı Mark Hyuzla yolları ayırıb. Buna səbəb komandanın cari çövsümdə uğursuz çıxışı olub.

 

"Stok Siti" Premyer Liqada 22 turdan sonra 20 xalla 18-ci pillədə qərar tutub.

 

Qeyd  ki, 54 yaşlı mütəxəssis 2013-cü ildən “qırmızı-ağlar”ı çalışdırırdı.

Xəbər xətti