"Mançester Siti" mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aleksis Sançesin transferində fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, "şəhərlilər" Çili millisinin üzvü üçün növbəti təklifə hazırlaşır. Təklifin 30 milyon funt-sterlinq civarında olması gözlənilir.
"Mançester Siti" yay transfer dönəmində Aleksis üçün 60 milyon funt-sterliqlik təklif göndərmişdi, lakin "topçular" Sançesin gedişinə razı olmamışdı.
"Mançester Siti" Sançeslə yanaşı, "Vest Bromviç Albion"un müdafiəçisi Conni Evansı da rənglərinə bağlamaq niyyətindədir.
saytlarin hazirlanmasi