İngiltərə Premyer Liqasında 23-cü tur start götürüb.
Sportal.az xəbər verir ki, "Tottenhem" "Everton"u qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
Premyer Liqanın turnir cədvəlinə 62 xalla "Mançester Siti" başçılıq edir. 47 xalı olan "Mançester Yunayted" 2-cidir. "Çelsi" də 47 xal toplayıb və 3-cü pillədə qərar tutub. "Liverpul" və "Tottenhem" 44 xalla 4-5-ci pillələri bölüşürlər. "Everton" 29 xalla 9-cudur.
“Tottenhem” – “Everton” - 4:0
Qollar: Son, 26, Keyn, 47, 59, Eriksen, 81
saytlarin hazirlanmasi