İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Everton” - “Vest Bromviç” (1:1) matçında xoşagəlməz hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Ceyms Makkarti rəqibin hücumçusu Salomon Rondon qapıya zərbə endirmək istəyərkən topa müdaxilə edib. Lakin venesuelalı forvard özündən asılı olmayaraq, Makkartinin ayağına qüvvətli zərbə endirib. Nəticədə irlandiyalı yarımmüdafiəçinin ayağı sınıb. Rondon isə göz yaşlarına hakim ola bilməyib.
saytlarin hazirlanmasi