"Mançester Yunayted"in futbolçusu Maykl Kerrik mövsümün sonunda karyerasını başa vuracaq.
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Joze Mourinyo məlumat verib. Portuqaliyalı mütəxəssis bildirib ki, 36 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Kerrik 2001-ci ildən İngiltərə millisinə dəvət alır. O, 2006-cı ildə "Tottenhem"dən "Mançester Yunyated"ə transfer olmuşdu.
saytlarin hazirlanmasi