İngiltərə Liqa kubokunun 2-ci finalçısı müəyyənləşib.
Sportal.az saytı xəbər verir ki, ilk oyunda qolsuz heç-heçə edən tərəflər bu dəfə "Emireyts Stadium"da münasibətlərə aydınlıq gətiriblər. Görüşdə 2:1 hesabı ilə qalib gələn meydan sahibləri finala adlayıb. "Topçular" həlledici görüşdə "Mançester Siti" ilə üz-üzə gələcək.
Final görüşü fevralın 25-i, Bakı vaxtıyla saat 20:30-da "Uembli" stadionunda keçiriləcək.
"Arsenal" 2 - 1 "Çelsi"
Qollar: Rüdiqer, 12 (avtoqol), Caka, 60 - Hazard, 7
saytlarin hazirlanmasi