“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyo ilə müqaviləni uzadıb.
Sportal.az xəbər verir ki, yeni sazişin müddəti 2020-ci ilin iyun ayına qədərdir. 54 yaşlı çalışdırıcının bununla bağlı fikirlərini səsləndirib:
"Yeni müqavilə imzaladığım üçün çox xoşbəxtəm və özümü qürurulu hiss edirəm. Bu klub üçün doğru baş məşqçi olduğumu isbatlayacam".
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2016-cı ildən "qırmızı şeytanlar"ı çalışdırır. Komanda onun rəhbərliyi altında İngiltərə kuboku, Super Kubok və Avropa Lİqasının qalibi olub.
saytlarin hazirlanmasi