"Mançester Yunayted"in forvardı Zlatan İbrahimoviç komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, isveçli forvard okeanın o tayına köçəcəyi iddia edilir. Ulduz oyunçunun xidmətində ABŞ-ın "Los-Anceles Qalaksi" klubu maraqlıdır. ESPN-də yer alan xəbərə görə, 36 yaşlı forvardla razılıq əldə edilmək üzrədir. Bu keçid reallaşsa, İbrahimoviç illik 8 milyon avro maaş alacaq və MLS-də ən çox məvacib alan futbolçu statusuna yiyələnəcək.
Qeyd edək ki, bu mövsüm Zlatan 7 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi