“Mançester Siti”nin futbolçusu Leroy Sane sıradan çıxıb.
Sportal.az xəbər verir ki, almaniyalı vinger İngiltərə Federasiya Kubokunun “Kardiff Siti”yə qarşı oyununda (2:0) zədələnib.
İngiltərə mətbuatının yaydığı məlumata görə, sol ayaq biləyindəki bağlarda zədə aşkarlanan Sane, ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 33 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi