"Mançester Yunayted"in heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın futbolçusu Maruan Fellaini İngiltərə Premyer Liqasının 26-cı turunda "Haddersfild"lə oyunu buraxacaq.
Buna səbəb belçikalı yarımmüdafiəçinin zədələnməsidir. "Tottenhem"lə görüşdə (0:2) zədə alan oyunçunun bərpa müddətinin müəyyənləşmədiyi bildirilib.
Qeyd edək ki, Fellaini bu mövsüm 16 matçda 4 qol vurub.
saytlarin hazirlanmasi