Kurtua "Real"a mesaj göndərdi: "Qəlbim hər zaman Madriddədi"

12:12 - 7 Fevral 2018

Adı "Real"la hallanan "Çelsi"nin qapıçısı Tibo Kurtua məsələ ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı "əlcək sahibi" "kral klubu"ndan təklif almadığını bildirib. Lakin Belçika millisinin üzvü "Real"da oynamaq arzusunu gizlətməyib:

 

"Real" məni istəyirsə, "Çelsi" ilə görüşməlidi. Ancaq indiyə kimi heç bir təmas olmayıb. Dəqiq olan budu ki, bir gün mütləq Madridə dönəcəyəm. İki övladım və həyat yoldaşım orada yaşayırlar. Fürsət gözləyirəm. Qəlbim hər zaman Madriddədi".

Xəbər xətti