Mahrez boykotu dayandırdı, məşqlərə start verdi

17:50 - 10 Fevral 2018

“Lester Siti”nin əlcəzairli futbolçusu Riyad Mahrezin komandanın oyunlarını və məşqləri boykot etmişdi.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi klub rəhbərliyinin onun “Mançester Siti”yə keçidinə icazə verməməsinə etiraz olaraq bu addımı atmışdı. Əlcəzairli futbolçu artıq komandanın məşqlərinə qatılıb.

 

Mahrez “Lester Siti”nin bu gün səfərdə “Mançester Siti” ilə qarşılaşacağı oyunda komandasına kömək edə bilər.

 

Mahrezin boykota görə klub tərəfindən 273 min avro məbləğində cərimələnmişdi.

Xəbər xətti