Ötən il yanvarın 22-də "Çelsi" ilə qarşılaşma zamanı "zadəganlar"ın müdafiəçisi Qari Kehillə toqquşma zamanı ağır zədə alan "Hall Siti"nin oyunçusu Rayan Meyson futbolçu karyerasını nöqtə qoyub.
Sportal.az xəbər verir ki, ötən il əməliyyat edildikdən sonra may ayında məşqlərə başlayan 26 yaşlı yarımmüdafiəçiyə həkimlər futbol oynamağa icazə verməyib.
26 yaşlı futbolçu 2016-cı ildə 15,5 milyon avro qarşılığında yetirməsi olduğu "Tottenhem"dən "Hall Siti"yə transfer olmuşdu. Bu keçid "pələnglər"in klub tarixində ən bahalı transferi idi.
Qeyd edək ki, Meyson İngiltərə millisində 1 oyun keçirib.
saytlarin hazirlanmasi