"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Yuventus"la səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı çalışdırıcı Turin klubunun 2:0 hesabı ilə önə keçməsini haqq etmədini deyib:
"Matçın böyük qismində oyuna dominantlıq edən tərəf idik. Əvvəlcə onu deyim ki, Qonsalo İquainin vurduğu ilk qolda açıq-aşkar ofsayd var idi. Hesab 2:0 olduqdan sonra komandam meydanda xarakter nümayiş etdirdi. Futbolda şans da sənin yanında olmalıdır. "Yuventus" 2:0 hesabı ilə önə keçməyi haqq etməmişdi. Ancaq ikinci hissədə bərabərliyi təmin etdik".
Poçettino cavab matçının çətin keçəcəyini deyib:
"1/4 finala yüksələcək komanda məlum deyil. "Yuventus" güclü rəqibdir və yaxşı heyəti var. Cavab görüşü ağır keçəcək".
Qeyd edək ki, bu cütün cavab görüşü martın 7-də "Uembli"də baş tutacaq.
saytlarin hazirlanmasi