Premyer Liqanın yayım hüquqları 5 milyard avroya satıldı

14:55 - 14 Fevral 2018

İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 5 milyard avro qarşılığında iki kanala satılıb.

 

Sportal.az xəbər verir ki, 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. “Sky Sports” və “BT Sport” kanalları 7 paketdən 5-ni alıb. "Sky Sports" 4, "BT Spotrs" isə 1 paketə sahib olub.

 

Adları çəkilən kanallar "Amazon", "Facebook", "Twitter" və "Netflix" kimi ünlü şirkətləri yarışda qabaqlamağı bacarıb.

 

Digər iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.

Xəbər xətti