İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Bornmut"un çalışdırıcısı Eddi Houe layiq görülüb. 40 yaşlı mütəxəssis Premyer Liqa karyerası ərzində ikinci dəfə ayın ən yaxşı məşqçisi seçilir.
Qeyd edək ki, "Bornmut" yanvar ayında keçirdiyi oyunlarda "Çelsi"(3:0) və "Arsenal"a (2:1) qalib gəlib, "Vest Hem" (1:1) və "Brayton"la (2:2) heç-heçə edib.
saytlarin hazirlanmasi