"Liverpul"un Salah və Mane planı

16:16 - 19 Fevral 2018

“Liverpul” futbolçuları Sadio Mane və Məhəmməd Salahla yeni müqavilə bağlamağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, “qırmızılar” yeni müqavilədə seneqallı və misirli futbolçuların maaşlarının bir xeyli artırılacaq.

 

Qış fasiləsində Filippe Koutinyonu “Barselona”ya satan “Liverpul”, bu yolla əsas üzvlərini komandada saxlamağı planlaşdırır.

 

Qeyd edək ki, Manenin klubla hazırkı müqaviləsi 2021-ci ilin, Salahın isə 2022-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti