“Çelsi”nin nigeriyalı futbolçusu Viktor Mozes ölkəsində ilin futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, Mozes Nigeriya Futbol Federasiyasının versiyasına əsasən, ötən ilin ən yaxşı futbolçusu seçilib. O, Uilfred Ndidi (“Lester”) və Entoni Okpotunu (“Lyubi Stars”) qabaqlayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində 3 qola imza ataraq, Nigeriya millisinin ən məhsuldar futbolçusu olub.
saytlarin hazirlanmasi