İngiltərə Premyer Liqasında 2019/2020 mövsümündən etibarən qış fasiləsi tətbiq olunacaq.
Sportal.az xəbər verir ki, bu barədə ölkənin futbol qurumu qərar qəbul edib.
Fasilə İngiltərə kubokunda 5-ci mərhələnin oyunlarının önə çəkilməsi ilə yaranacaq. Federasiya bu addımı klubların avrokuboklarda və milli komandanın beynəlxalq yarışlarda nəticələrini yaxşılaşdırmaq üçün atıb.
Beləliklə, 2020-ci ilin fevral ayında Premyer Liqada azı 13 günlük fasilə yaranacaq.
saytlarin hazirlanmasi