Premyer Liqada ötən ayın ən yaxşıları açıqlandı

17:04 - 9 Mart 2018

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşısı futbolçusu, baş məşqçisi və qolu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah ötən ayın ən yaxşı oyunçusu seçilib. Bununla da, misirli futbolçu cari mövsüm 3-cü dəfə ayın ən yaxşı futbolçusu adına layiq görülüb. 25 yaşlı futbolçu fevralda 3 matçda 4 qol vurub.

 

"Brayton" klubunun çalışdırıcısı Kris Hyuton bütün rəqiblərini qabaqlayar ən yaxşı məşqçi adına layiq görülüb. Onun çalışdırdığı komanda ötən ay 7 xal qazanıb.

 

Ən yaxşı qol adına isə "Tottenhem"in yarımmüdafiəçisi Viktor Vanyama layiq görülüb. Kenya millisinin üzvünün "Liverpul"la qarşılaşamda vurduğu qol ən yaxşı seçilib.

Xəbər xətti